Pakistan Hindistanla münaqişə zamanı göstərdiyi ardıcıl və prinsipial mövqeyə görə Azərbaycan xalqına və hökumətinə minnətdardır.
Bunu Brüsseldə Pakistan parlament nümayəndə heyətinin rəhbəri, keçmiş xarici işlər naziri Bilaval Bhutto Zərdari deyib.
"Azərbaycan ədalətin tərəfində olmaqla prinsipial mövqe nümayiş etdirdi və bizə mənəvi dəstək göstərdi. Bundan başqa, biz regionda sülhün və sabitliyin qorunub saxlanması istiqamətində səylərimizdə həmişə Azərbaycanın dəstəyini görmüşük", - o deyib.
B.Zərdarinin sözlərinə görə, iki ölkə arasında münasibətlər təkcə səmimi deyil, həm də qardaşlıq, ailə kimidir.
"Pakistan və Azərbaycan xalqları qardaşdır", - B.Zərdari qeyd edib.
“Report”
Azərbaycan-Aİ əməkdaşlığı hər iki tərəfin ortaq maraqlarını əks etdirir - BƏYANAT
Prezident İlham Əliyev və Antonio Koşta Azərbaycanın WUF13-ə ev sahibliyini əhəmiyyətli töhfə kimi alqışlayıblar
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Avropa Şurasının Prezidenti Antonio Koştanın birgə mətbuat bəyanatı