14 iyun 2025 11:11
88

2025-2026-cı tədris ili üzrə 113 minə yaxın uşaq artıq 1-ci sinfə qəbul olunub

2025-2026-cı tədris ili üzrə uşaqların birinci sinfə qəbulu uğurla davam edir.

“İki sahil” xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib.

Onun sözlərinə görə, bu günə qədər 113 min nəfərə yaxın uşağın birinci sinfə qəbulu tamamlanıb.

Eşqi Bağırov bildirib ki, proses sentyabrın 12-dək davam edəcək: “Tədris ili yaxınlaşdıqca ümumi təhsil müəssisələrində uşaqların qeydiyyatının aparılması, sənədləşmə işlərinin dəqiq və vaxtında başa çatdırılması baxımından bu mərhələnin əhəmiyyətini nəzərə alaraq bildiririk ki, övladlarının 2024-2025-ci tədris ili üzrə I sinfə elektron qəbulu prosesini həyata keçirmək istəyən valideynlər “mektebeqebul.edu.az” saytı vasitəsilə şəxsi kabinet yaradaraq məktəb və müəllim seçimi edə bilərlər”.