12 iyun 2025 21:09
166

“Qalatasaray” Leroy Sanenin transferini rəsmiləşdirdi

Türkiyənin “Qalatasaray” klubu Leroy Sanenin transferini rəsmiləşdirib.

“İki sahil” klubun yaydığı rəsmi məlumata istinadla xəbər verir ki, futbolçu ilə 3 illik sözləşmə imzalanıb.

Almaniya millisinin üzvü hər mövsüm üçün 9 milyon avro maaş alacaq.

Qeyd edək ki, Sane son mövsümdə “Bavariya”nın heyətində Bundesliqada 30 oyuna çıxıb, 11 qol vurub və 5 məhsuldar ötürmə verib.