11 iyun 2025 16:24
278

Hərbi xidmətdən qayıdan BANM məzunu dekan müavini oldu

SOCAR-ın Bakı Ali Neft Məktəbinin məzunu, müəllimi, bu günlərdə hərbi xidmətdən qayıdan Ramil Şükürov BANM-ən rektoru Elmar Qasımovun əmri ilə mühəndislik fakültəsinin dekan müavini təyin olunub.

“İki sahil” xəbər verir ki, 2013-cü ildə DİM imtahanından 652 bal toplayaraq BANM-ın Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasına qəbul olan Ramil Şükürov bakalavr və magistr təhsilini fərqlənmə diplomu ilə başa vurub. O, təhsil müddətində və sonrasında məktəbdə müxtəlif vəzifələrdə – metodist, müəllim, baş müəllim kimi fəaliyyət göstərib.

Ramil müəllim 2019-cu ildə Vaşinqtonda Beynəlxalq Astronavtika Konqresində iştirak edib, rəhbərlik etdiyi komandalar ICPC və TEKNOFEST yarışlarında yüksək nəticələr qazanıblar. Hazırda BANM-ın doktoranturasında təhsilini davam etdirən Ramil Şükürov hərbi xidmətini başa vurduqdan sonra bu yeni vəzifəyə təyin olunub.