11 iyun 2025 16:20
223

BANM tələbəsi ABŞ Universitetindən 100 min dollarlıq təqaüd qazanıb

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) Kimya mühəndisliyi ixtisasının tələbəsi Gülşən Məmmədli ABŞ-nin nüfuzlu Tulane Universitetinin Kimya və biomolekulyar mühəndislik ixtisası üzrə birbaşa doktorantura proqramına qəbul olunub. 

“İki sahil” xəbər verir ki, Gülşən bu proqram çərçivəsində illik 100 min ABŞ dolları məbləğində təqaüd qazanıb.

Bundan başqa, New York University Tandon School of Engineering-dən Kimya mühəndisliyi, İngiltərənin Leeds Universitetindən isə Advanced Chemical Engineering ixtisası üzrə magistr proqramlarına da qəbul alıb.

Gülşən 2020-ci ildə BANM-a 658 balla daxil olub. 

“Green Tech” startup və yaşıl texnologiyalar üzrə keçirilən müsabiqədə komandası ilə l yerə layiq görülüb.

BANM-da keçirilən Tələbə və Gənc Tədqiqatçıların V Beynəlxalq Elmi Konfransında II yerə, IV elmi konfransda isə komandası ilə III yerə layiq görülüb.

2023-cü ildə AGAGroup tərəfindən elan olunan qadınlar üçün təqaüd proqramının qalibi olub.