Keçən il dünyada mübahisəli şəkildə qarşılanan böyük rebrendinqə məruz qalan məşhur "Jaguar" markası daxili yanma mühərrikləri ilə vidalaşır.
“İki sahil” xəbər verir ki, bu varədə "Kommersant" məlumat yayıb. Elan edilib ki, məşhur krossoverin son xüsusi versiyası F-Pace SVR 575 Ultimate Edition Avstraliya bazarında satışa çıxarılacaq.
Sadəcə 60 avtomobildən ibarət əlavə partiya istehsal olunacaq. İlin sonuna qədər bu partiyanın buraxılmasından sonra Britaniya brendi ancaq elektrikli avtomobil istehsalına keçid edəcək.