SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov I kursda təhsil alan (Foundation) tələbələr və onların müəllimləri ilə görüşüb.
“İki sahil” xəbər verir ki, rektor tələbələri IELTS imtahanlarında yüksək nəticələrinə görə təbrik edib, müəllimlərə isə təşəkkürünü bildirib.
Bu il 22 tələbə 8.0 bal, 45 tələbə 7.5, 57 tələbə 7.0, 59 tələbə 6.5, 41 tələbə isə 6.0 bal toplayıb.