10 iyun 2025 13:54
146

Roman Abramoviç yeni futbol klubu alacaq? - AÇIQLAMA

Rusiyalı milyarder Roman Abramoviç  deyib ki, o, artıq futbol klubu almağı planlaşdırmır.

“İki sahil” "Kommersant"a istnadla xəbər verir ki, o bu barədə  “Sanctioned: The Inside Story of the Sale of Chelsea” kitabının müəllifi Nik Purelə bildirib.

O, 2022-ci ilin mayında Aİ və Böyük Britaniyanın sanksiyalarına məruz qaldıqdan sonra “Çelsi”ni amerikalı iş adamı Todd Boeley-in konsorsiumuna 4,25 milyard funta satıb.

"Daily Mail" kitabdan bir parça sitat gətirib: "Mən akademiyalar və gənclərin inkişafı üçün nə isə edə bilərdim, imkansız ailələrdən olan insanlara daha çox imkanlar verərdim, nəyisə dəyişdirə biləcək bir təşəbbüs olsaydı. Amma klub sahibi olmaq və ya komandada peşəkar olmaq məsələsində işim bitdi".