10 iyun 2025 11:09
121

2026-cı ildə keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-prisinin tarixi açıqlanıb

2026-cı ildə təşkil olunacaq "Formula 1" üzrə Azərbaycan Qran-prisinin hansı tarixdə keçiriləcəyi bəlli olub.

“İki sahil” xəbər verir ki, Beynəlxalq Avtomobil Federasiyası və "Formula 1" təşkilatçıları növbəti il üçün təqvimi açıqlayıblar.

Bakıdakı yarış 25-27 sentyabr aralığında gerçəkləşəcək.

Qeyd edək ki, 2026-cı ildə "Formula 1" təqvimi yenə 24 mərhələdən ibarət olacaq.