09 iyun 2025 16:37
95

Azərbaycan I rübdə Gürcüstana birbaşa investisiyaları iki dəfəyədək artırıb

Bu ilin birinci rübündə Azərbaycanın Gürcüstan iqtisadiyyatına birbaşa investisiyaları 25 milyon ABŞ dolları təşkil edib.

Bu barədə “İki sahil” Gürcüstan Milli Statistika Xidmətinin materiallarına istinadən məlumat verir. 2024-cü ilin yanvar-mart aylarında Azərbaycandan Gürcüstana investisiya qoyuluşu 12,7 milyon ABŞ dolları təşkil edib. Beləliklə, Azərbaycan 2025-ci ilin birinci rübündə Gürcüstan iqtisadiyyatına investisiyaları 96,8 % artırıb. Qurumun məlumatına görə, hesabat dövründə Azərbaycan 13,9 % payla Gürcüstan iqtisadiyyatına sərmayə yatıran beşinci investor olub. Ümumilikdə, I rübdə Gürcüstan iqtisadiyyatına birbaşa xarici investisiyalar 179 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7,7 % azdır.

2024-cü ildə Azərbaycandan Gürcüstana birbaşa investisiyalar 70,7 milyon ABŞ dolları təşkil edib.