09 iyun 2025 01:48
90

Portuqaliya Millətlər Liqasının qalibi oldu

Millətlər Liqasının qalibi müəyyənləşib.

“İki sahil” xəbər verir ki, həm üçüncü yer uğrunda görüş, həm də final matçı eyni gündə keçirilib. Matçlar Almaniyada oynanılıb.

Həlledici görüşdə İspaniya Portuqaliya ilə üz-üzə gəlib. Matçın əsas və əlavə vaxtında qalib aşkarlanmayıb - 2:2. Penaltilər seriyasında daha dəqiq oynayan Portuqaliya millisi 5:3 hesablı qələbə qazanmaqla tarixində ikinci dəfə Millətlər Liqasının qalibi olub. 

3-cü yer uğrunda oyunda isə Almaniya Fransa ilə qarşılaşıb. Hər hissədə 1 qol vuran fransızlar bürünc medala sahib çıxıblar. 

Millətlər Liqası

Final

İspaniya - Portuqaliya - 2:2, penaltilərdə - 3:5
Qollar: M.Zubimendi, 21 (1:0), N.Mendeş, 26 (1:1), M.Oyarzabal, 45 (2:1), K.Ronaldo, 61 (2:2)

3-cü yer uğrunda görüş

Almaniya - Fransa - 0:2
Qollar: K.Mbappe, 45; M.Olise, 84