Çinin ABŞ-la danışıqlar qrupu ixraca nəzarət məsələləri üzrə işçi kommunikasiya kanalının yaradılması məsələsini qaldırıb.
“İki sahil” xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) məlumat yayıb.
Qeyd edilib ki, son illərdə yüksək çinli məmurlar belə bir kanalın olmamasından narazılıqlarını bildiriblər və danışıqlar qrupunun üzvü Li Çenqanq may ayında Koreya Respublikasında keçirilən çoxtərəfli görüşdə ABŞ-ın ticarət nümayəndəsi Cemison Qri ilə görüşü zamanı bu məsələni yenidən gündəmə gətirib.
Məhərrəm Ağalaroğlu, “İki sahil”