08 iyun 2025 22:30
91

"Borussiya" Bellinqemlə razılaşdı

Dortmund "Borussiya"sı "Sanderlend"in futbolçusu Cob Bellingemlə razılıq əldə edib. 

“İki sahil” xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. 

Almaniya klubu 19 yaşlı oyunçunun transferi üçün 33+5 milyon avro məbləğində ödəniş edəcək. Həmçinin "Borussiya"nın yarımmüdafiəçini digər kluba satdığı halda, "Sandelend" transfer məbləğindən 15 faiz gəlir əldə edəcək. 

Qeyd edək ki, ingiltərəli futbolçu başa çatan Çempionşip mövsümündə 43 oyuna çıxaraq 4 qol vurub və 3 qolun ötürməsini edib.