08 iyun 2025 22:14
102

İDF HƏMAS-ın hərbi qanadının öldürülən lideri Sinvarın qalıqlarını tapdığını bildirib

İsrail hərbçiləri may ayında Qəzza zolağında öldürülən HƏMAS hərəkatının hərbi qanadının keçmiş lideri Məhəmməd Sinvarın qalıqlarını tapıb və şəxsiyyətini müəyyənləşdirib.

İki sahil” xəbər verir ki, bu barədə İDF-nin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, şəxsiyyətin müəyyən edilməsi prosedurundan sonra bunların həqiqətən də Sinvarın qalıqları olduğu təsdiqlənib.

Məlumata görə, onun cəsədi Xan Yunis şəhərinin cənubunda yerləşən Avropa Xəstəxanası kompleksinin altındakı yeraltı tuneldə tapılıb.

İDF xatırladıb ki, Sinvar mayın 13-də dəqiq zərbə nəticəsində öldürülüb. Onunla birlikdə HƏMAS-ın hərbi qanadının Rəfah briqadasının komandiri Məhəmməd Sabane də məhv edilib.

Mətbuat xidməti əlavə edib ki, Sinvar və Sabanenin gizləndiyi yeraltı tunellərdə aparılan axtarışlar zamanı digər radikalların qalıqları aşkar edilib, onların şəxsiyyəti hələ də dəqiqləşdirilir.

Məhərrəm Ağalaroğlu, “İki sahil”