Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı sanksiyaları Macarıstanı və bütün Avropanı məhv edir.
“İki sahil”in məlumatına görə, bunu LCI telekanalına müsahibəsində Macarıstanın baş naziri Viktor Orban deyib.
"Sanksiyalar səbəbindən 3 il ərzində 20 milyard avro itirdik. Macarıstan üçün bu, əhəmiyyətli məbləğdir", - Orban əlavə edib.
Macarıstan hökumətinin başçısının sözlərinə görə, Aİ icma üzvlərinin suverenliyinə qəsd edir, lakin eyni zamanda böhranları həll edə bilmir: “Aİ Ukraynadakı münaqişənin həllində zəif iş görür və sanksiyalar siyasəti də uğursuzluğa düçar olur”.
Məhərrəm Ağalaroğlu, “İki sahil”