08 iyun 2025 21:10
94

"SpaceX" şirkətinin raketi 26 "Starlink" peykini orbitə çıxarıb

"Falcon 9" daşıyıcı raketi bazar günü "Starlink" qlobal internet əhatə şəbəkəsinin orbital qrublaşmasını artırmaq üçün 26 mini peykdən ibarət partiyanı uğurla orbitə çıxarıb.

“İki sahil” xəbər verir ki, bu barədə "SpaceX" şirkəti xəbər verib.

Məlumata əsasən, raket ABŞ Sakit okeanı vaxtı ilə saat 07:20-də Kaliforniyadakı Vandenberq Hərbi Hava Qüvvələri bazasında "SLC-4E" buraxılış meydançasından buraxılıb.

Təxminən bir saat sonra peyklər buraxılış aparatının ikinci pilləsindən ayrılaraq orbitə daxil olublar.