"Real" "Ayaks"ın futbolçusu Abdellah Uazanı transfer etməyə yaxındır.
“İki sahil” xəbər verir ki, bu barədə AS məlumat yayıb.
Niderland klubu yetirməsinə 3 dəfə müqaviləni uzatmaq təklifi edib. 16 yaşlı mərkəz yarımmüdafiəçisi iyunun 30-da azad agent olacaq. Bundan sonra mərakeşli futbolçunun "Real"a keçəcəyi vurğulanıb.
Uazan 2016-cı ildən "Ayaks" sistemindədir. Ötən mövsüm yarımmüdafiəçi bütün yarışlarda 20 matçda iştirak edib, 7 qol vurub və 1 məhsuldar ötürmə verib.