ABŞ Miqrasiya Xidməti dünyanın ən məşhur “TikToker”i Xabi Leym Las-Veqas hava limanında vizası bitdiyinə görə saxlayıb.
“İki sahil” xəbər verir ki, bu haqda “Agence France-Presse” məlumat yayıb.
Məlumata görə o saxlanıldığı gün azadlığa buraxılıb, sonra isə könüllü olaraq ölkəni tərk edib.
Qeyd edək ki, Leym UNICEF-in xoşməramlı səfiri və 162 milyondan çox abunəçisi olan ən məşhur “TikTok” bloggeridir.