07 iyun 2025 17:17
122

Sabirabadda qəza olub, avtomobil yanıb

Sabirabad rayonunun Minbaşı kəndində “Lifan" və “VAZ” markalı iki minik avtomobilinin toqquşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib.

İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, yanğın nəticəsində “VAZ” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Digər avtomobil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.