Paytaxtın Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi ərazisində açıq ərazidə yanğın baş verib.
“İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunublar.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində açıq ərazidə məişət tullantıları yığılmış sahədə baş vermiş yanğın yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.