06 iyun 2025 18:48
112

WP: Tramp Tesla-dan qurtulmağı planlaşdırır

ABŞ prezidenti Donald Tramp qırmızı “Tesla” markalı elektrik avtomobilini satmağı və ya hədiyyə etməyi planlaşdırır.

İki sahil” xəbər verir ki, bu barədə “The Washington Post” (WP) Ağ Evdəki mənbələrə istinadən məlumat yayıb.

Qeyd edilib ki, Amerika lideri avtomobili 2025-ci ilin əvvəlində İlon Maskın şirkətinə dəstək olaraq alıb. Prezidentin elektromobildən qurtulmaq niyyəti ilə bağlı şayiələr Trampla Mask arasında fikir ayrılıqları fonunda yaranıb.

İyunun 5-də onlar sosial şəbəkələrdə sərt açıqlamalar veriblər.

Məhərrəm Ağalaroğlu, “İki sahil”