06 iyun 2025 17:30
115

Tramp İlon Mask ilə danışmaq istəmir

ABŞ Prezidenti Donald Tramp İlon Mask ilə telefon danışığında maraqlı olmadığını bildirib.

“İki sahil” “İnterfaks”a istinadən xəbər verir ki, o, ABC telekanalının jurnalistinin mümkün telefon danışığı ilə bağlı sualına əks-sualla cavab verib: “Ağlını itirmiş adamı nəzərdə tutursunuz? İndi onunla danışmaqda maraqlı deyiləm”.

Tramp həmçinin qeyd edib ki, Mask özü ona zəng etmək istəyini ifadə edib.