06 iyun 2025 13:48
111

Türkiyə səfirliyi Qurban bayramı münasibətilə təbrik paylaşıb

Türkiyənin Azərbaycandakı Səfirliyi Qurban bayramı münasibətilə paylaşım edib.

“İki sahil” xəbər verir ki, diplomatik nümayəndəliyin "X" hesabı vasitəsilə yayımlanan paylaşımda həm Azərbaycan, həm də Türkiyə vətəndaşlarına təbrik ünvanlanıb: "Bütün vətəndaşlarımızı, eləcə də azərbaycanlı bacı və qardaşlarımızı dünya müsəlmanlarının birlik, həmrəylik və qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə təbrik edir, bayramın hamıya cansağlığı, sevinc, rifah və süfrələrə ruzi-bərəkət gətirməsini arzu edirik" - Türkiyə Səfirliyinin paylaşımında belə deyilir.