İsveç Ukraynaya hərbi yardım üçün 57 milyon dollar ayırıb.
“İki sahil” RT-yə istinadla xəbər verir ki, bu barədə Krallığın Müdafiə Nazirliyi məlumat yayıb.
“Hökumət İsveç Silahlı Qüvvələrinə NATO vasitəsilə Ukraynaya dəstək üçün 550 milyon İsveç kronu (57 milyon dollar) ayırmağı tapşırıb”, - deyə, nazirliyin bəyanatında deyilir.
Bundan əvvəl Hollandiyanın Ukraynaya 400 milyon avro dəyərində daha bir yardım paketi təqdim edəcəyi məlum olub.