Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə yeni sədr müavini təyin olunub.
“İki sahil” xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmri ilə Hüseynov Rahim Mahir oğlu Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi İdarə Heyətinin sədr müavini vəzifəsinə təyin edilib.
O, hazırkı vəzifəsinə qədər Agentliyin Daxili nəzarət, audit, monitorinq və təhlil departamentinin müdiri vəzifəsində çalışıb.
FHN gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Paytaxtın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq