01 iyun 2025 18:53
174

Xoşçobanlı kəndində ev yanıb

İmişli rayonunun Xoşçobanlı kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli 4 otaqlı evin 1 otağında 1 ədəd masa yanıb, yüksək temperaturdan divar 2 m² sahədə qarsalanıb.

“İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.