01 iyun 2025 14:41
181

Bu gün saat 15:00-da I və IV ixtisas qrupları üzrə imtahanların cavabları təqdim olunacaq

Bu gün saat 15:00-da Dövlət İmtahan Mərkəzinin (DİM) yutubdakı kanalı vasitəsilə canlı yayım ediləcək və mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarında istifadə olunmuş test tapşırıqları ilə bağlı geniş izahat veriləcək, həmçinin qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları təqdim olunacaq.

“İki sahil” xəbər verir ki, bu barədə DİM məlumat yayıb.

Abituriyentlər suallarını yutubda yerləşdirilən müvafiq linkin altına yaza bilərlər.

İyunun 2-dən etibarən DİM-də imtahan protokolları və materialların emalına başlanılacaq.

İmtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin 2 həftədən sonra elan olunması nəzərdə tutulur.