Biz hazırda süni intellektin enerji sektorunda tətbiqi ilə bağlı pilot layihə üzərində çalışırıq. Bu layihənin əsas məqsədi süni intellekti tətbiq etməklə enerji sərfiyyatını azaltmaq yollarını müəyyən etməkdir. Bununla əlaqədar yerli tərəfdaşlarımızla əməkdaşlıq edirik.
“İki sahil” xəbər verir ki, bunu Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Fariz Cəfərov “4Sİ Akademiyası” çərçivəsində keçirilən “Milli Proqram” layihəsinin açılış mərasimində çıxış edərkən deyib.
Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi dünyada Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya üzrə 22 mərkəzindən birinə ev sahibliyi edir. Dünya İqtisadi Forumu ilə əməkdaşlığın istiqamətlərindən biri də süni intellektdir.
Bu proses artıq 2021-ci ildən başlayıb. Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə belə bir Mərkəz yaradılıb”, - deyə F.Cəfərov əlavə edib.