Türkiyənin ən böyük inteqrasiya olunmuş sənaye qrupu olan “SOCAR Türkiyə”nin tərkibində fəaliyyət göstərən “Star” NEZ və “SOCAR Petrol Ticarət”, İKMİB-in təşkil etdiyi nüfuzlu “İxracatın Ulduzları” müsabiqəsində yüksək nəticə göstərib. “Mineral Yanacaqlar” kateqoriyasında “Star” NEZ birinci, “SOCAR Petrol Ticarət” isə ikinci yeri qazanıb. Hər iki şirkətin mükafatı “SOCAR Türkiyə”nin Baş icraçı direktoru Elçin İbadova təqdim olunub.
2024-cü ildə də birbaşa ixracatın artırılması və yerli sənayeçilərin dəstəklənməsi istiqamətində fəaliyyətlərini qətiyyətlə davam etdirən “SOCAR Türkiyə” bu iki mühüm mükafatla nüfuzlu siyahıdakı yerini qoruyub saxlayıb.
Orxan Vahidoğlu, "İki sahil"