Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsində avtomobildə yanğın baş verib.
“İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, “112” qaynar telefon xəttinə daxil olan məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində vətəndaşa məxsus "HYUNDAİ” markalı minik avtomobilində baş vermiş yanğın genişlənməsinə, habelə yaxınlıqda park edilmiş digər avtomobillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində avtomobilin idarəetmə lövhəsi və mühərriki yanıb.
Avtomobilin qalan hissəsi və yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub.
“Yeşil İğdır” qəzetinin baş redaktoru: Qarabağa hər səfərimdə yeni bir inkişaf görürəm
Şeyxülislam: Azərbaycan dini tolerantlıq və multikultural həyat tərzi baxımından dünya dövlətləri üçün örnəkdir – MÜSAHİBƏ