Baş nazir Əli Əsədov Laçın Hava Limanına beynəlxalq status verilməsi barədə sərəncam imzalayıb.
“İki sahil” xəbər verir ki, sərəncamda deyilir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin və “Azərbaycan Hava Yolları” QSC-nin razılaşdırılmış təklifləri nəzərə alınaraq Laçın rayonunda tikintisi başa çatdırılmış beynəlxalq uçuşları yerinə yetirmək üçün müvafiq standartlara cavab verən Laçın Hava Limanına beynəlxalq status verilsin.
Xarici İşlər Nazirliyi bununla bağlı müvafiq beynəlxalq təşkilatlara məlumat göndərməlidir.
Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Ağdamın Xıdırlı və Kəngərli kəndlərinin sakinlərinə səyyar tibbi xidmət göstərilib
Qarabağ və Şərqi Zəngəzurdakı işəgötürənlərlə məşğulluq məsələləri müzakirə edilib
YAP Qaradağ rayon təşkilatında partiyaya yeni qəbul olunan üzvlərlə görüş keçirilib