Azərbaycandan Həcc ziyarətinə gedən ikinci zəvvar qrupu bu gün Səudiyyə Ərəbistanına yola düşəcək.
“İki sahil” xəbər verir ki, bu barədə Trend-ə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.
O bildirib ki, zəvvarlar sbu gün 10:50-də Heydər Əliyev Beynəlxalq Aeroportundan Səudiyyə Ərəbistanına yola salınacaq.
Ətraflı
Qeyd edək ki, bu mərhələdə 178 nəfərlik zəvvar qrupu Həcc səfərinə çıxacaq.
Bu il kvota sayı 1200-1300 arası müəyyənləşdirilib. Bir nəfər üçün ziyarət paketinin qiyməti 5950 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçirilir.
Ağdamın Xıdırlı və Kəngərli kəndlərinin sakinlərinə səyyar tibbi xidmət göstərilib
Qarabağ və Şərqi Zəngəzurdakı işəgötürənlərlə məşğulluq məsələləri müzakirə edilib
YAP Qaradağ rayon təşkilatında partiyaya yeni qəbul olunan üzvlərlə görüş keçirilib