Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “e-sosial” portalının mobil tətbiqi vasitəsilə e-qaydada 23,2 min əmək müqaviləsi imzalanıb.
Nazirlikdən “İki sahil”ə verilən məlumata görə, işəgötürən tərəfindən təsdiq üçün təqdim edilən əmək müqaviləsi vətəndaşın “e-Sosial” mobil tətbiqində əsas ekranın “Əmək müqaviləsinin imzalanması” bölməsində əks olunur.
Vətəndaşlar bu müqavilələri elektron şəkildə (“SİMA” rəqəmsal imza və ya “ASAN İmza” vasitəsilə) imzalaya bilirlər.
Qeyd edək ki, bu mobil tətbiqə cari ilin mart ayında əmək müqavilələrinin e-qaydada imzalanmasına imkan verən funksiya əlavə olunub.
Ağdamın Xıdırlı və Kəngərli kəndlərinin sakinlərinə səyyar tibbi xidmət göstərilib
Qarabağ və Şərqi Zəngəzurdakı işəgötürənlərlə məşğulluq məsələləri müzakirə edilib
YAP Qaradağ rayon təşkilatında partiyaya yeni qəbul olunan üzvlərlə görüş keçirilib