Qazaxıstanın Şıment şəhərində polis fərdi evdən 83 vedrə marixuana müsadirə edib.
“İki sahil” xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb.
“Əməliyyat-istintaq tədbirləri zamanı polis şöbəsi əməkdaşları tərəfindən marixuana formasında narkotik vasitələr istehsal edən fitolaboratoriyanın fəaliyyəti dayandırılıb. Xüsusi təchiz olunmuş otaqda qanunsuz dövriyyədən 83 ədəd vedrədə, marixuana müsadirə edilib, eləcə də plastik torbalarda qablaşdırılmamış narkotik vasitələr və elektron tərəzilər aşkar edilərək müsadirə edilib”, - məlumatda deyilir.
Əməliyyat prokurorluğun koordinasiyası ilə həyata keçirilib. Təşkilatçı saxlanılaraq nəzarətə götürülüb.
Qazaxıstan Cinayət Məcəlləsinin iki maddəsi ilə ibtidai istintaq aparılır. Bu maddələrə görə əmlakı müsadirə olunmaqla 7 ildən 12 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Ağdamın Xıdırlı və Kəngərli kəndlərinin sakinlərinə səyyar tibbi xidmət göstərilib
Qarabağ və Şərqi Zəngəzurdakı işəgötürənlərlə məşğulluq məsələləri müzakirə edilib
YAP Qaradağ rayon təşkilatında partiyaya yeni qəbul olunan üzvlərlə görüş keçirilib