Ermənistan SSRİ-nin Spitak rayonunda 7 dekabr 1988-ci ildə baş vermiş 7 bal gücündə zəlzələ nəticəsində zərər çəkmiş şəxslərə kömək üçün gedən könüllüləri daşıyan təyyarənin vurulması nəticəsində təyyarə qəzasında həlak olan Musayev Eynulla Ağası oğlunun həyat yoldaşı Musayeva Rübabə Sərkar qızı 1 il davam edən xəstəlikdən sonra vəfat edib.
"İki sahil"in Şimal bürosundan verilən məlumata görə, dəfn mərasimi Quba rayonunun Rustov kəndində 24 may 2025-ci il tarixdə, saat 12:00-da olacaq.
Qeyd edək ki, Musayev Eynulla Ağası oğlunun 1 oğlan və 2 qız övladları yadigar qalıb.
Allah rəhmət eləsin!
Aydın Adıgözəlov,
Quba, "İki sahil" üçün
Ağdamın Xıdırlı və Kəngərli kəndlərinin sakinlərinə səyyar tibbi xidmət göstərilib
Qarabağ və Şərqi Zəngəzurdakı işəgötürənlərlə məşğulluq məsələləri müzakirə edilib
YAP Qaradağ rayon təşkilatında partiyaya yeni qəbul olunan üzvlərlə görüş keçirilib