Ötən ay Azərbaycan Dövlət Miqrasiya Xidmətinə (DMX) fəaliyyət istiqamətləri üzrə 45 min 30 müraciət daxil olub.
“İki sahil” xəbər verir ki, bu barədə DMX məlumat yayıb.
Məlumata əsasən müraciətlərdən 24 min 67-si əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda olduğu yer üzrə qeydiyyata alınması ilə bağlı olub.
Bununla yanaşı müraciətlərdən 6 min 825-i Azərbaycanda yaşama icazələrinin alınması və müddətinin uzadılması, 1572-si Azərbaycan vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi, 1270-si isə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin alınması və müddətinin uzadılması ilə bağlı olub.
Vətəndaşlıq məsələləri ilə bağlı müraciət sayı isə 233 təşkil edib.
Ağdamın Xıdırlı və Kəngərli kəndlərinin sakinlərinə səyyar tibbi xidmət göstərilib
Qarabağ və Şərqi Zəngəzurdakı işəgötürənlərlə məşğulluq məsələləri müzakirə edilib
YAP Qaradağ rayon təşkilatında partiyaya yeni qəbul olunan üzvlərlə görüş keçirilib