Bakı-Quba yolunun Siyəzən rayonunun Zarat kəndindən keçən hissəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb.
"İki sahil"in Şimal bürosu xəbər verir ki, Siyəzən rayon sakini, 39 yaşlı Samir İlqar oğlu Əkbərov idarə etdiyi VAZ-2107 markalı avtomaşınla Bakı istiqamətində hərəkət edərkən, avtomaşını yolun ortasındakı dəmir arakəsmələrə vuraraq aşırıb.
Nəticədə sürücü Samir Əkbərov, həyat yoldaşı 35 yaşlı Rəvanə, 16 yaşlı qızı Aysu və 10 yaşlı oğlu İlkin Əkbərovlar xəsarət alaraq Siyəzən rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi araşdırır.
Aydın Adıgözəlov,
Quba, "İki sahil" üçün
Ağdamın Xıdırlı və Kəngərli kəndlərinin sakinlərinə səyyar tibbi xidmət göstərilib
Qarabağ və Şərqi Zəngəzurdakı işəgötürənlərlə məşğulluq məsələləri müzakirə edilib
YAP Qaradağ rayon təşkilatında partiyaya yeni qəbul olunan üzvlərlə görüş keçirilib