Bakı-Quba yolunun Sumqayıtdan keçən hissəsində zəncirvari qəza olub, ölən və yaralananlar var.
“İki sahil” xəbər verir ki, hadisə zamanı "Mercedes" markalı iki minik avtomobili və üç yük maşını toqquşub.
Toqquşma nəticəsində 1986-cı il təvəllüdlü Rzayev Ruslan İsmayıl oğlu hadisə yerində dünyasını dəyişib, 2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinin əməkdaşları cəlb olunub.
Qəzanın səbəbləri araşdırılır.
Ağdamın Xıdırlı və Kəngərli kəndlərinin sakinlərinə səyyar tibbi xidmət göstərilib
Qarabağ və Şərqi Zəngəzurdakı işəgötürənlərlə məşğulluq məsələləri müzakirə edilib
YAP Qaradağ rayon təşkilatında partiyaya yeni qəbul olunan üzvlərlə görüş keçirilib