Ordubad rayonunun Bist kənd avtomobil yolunda qaya uçqunu baş verib.
“İki sahil” xəbər verir ki, Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iri qaya parçaları yolun hərəkət hissəsinə tökülüb və nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti dayanıb. Hadisə ilə əlaqədar dərhal əraziyə agentliyin əməkdaşlar cəlb olunub.
Aparılan təxirəsalınmaz tədbirlər nəticəsində həmin yolda hərəkətin fasiləsizliyi və təhlükəsizliyi qısa zamanda təmin edilib.
Ağdamın Xıdırlı və Kəngərli kəndlərinin sakinlərinə səyyar tibbi xidmət göstərilib
Qarabağ və Şərqi Zəngəzurdakı işəgötürənlərlə məşğulluq məsələləri müzakirə edilib
YAP Qaradağ rayon təşkilatında partiyaya yeni qəbul olunan üzvlərlə görüş keçirilib