Su polisi əməkdaşlarının ekologiyaya ciddi zərər vuran vasitələrdən istifadə edilməklə qanunsuz balıq ovuna qarşı keçirdikləri tədbirlər zamanı Xəzər dənizində qanunsuz balıq ovu ilə məşğul olan M.Xanməmmədov saxlanılıb.
“İki sahil” xəbər verir ki, həmin şəxsdən qanunsuz olaraq ovlanmış kütüm balıqları və müxtəlif növ ov qurğuları aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırmalar aparılır.
Qeyd edək ki, Su Nəqliyyatında Polis İdarəsinin Neftçala Xətt Polis Bölməsinin əməkdaşları tərəfindən ekoloji cinayətlərin qarşısının alınması istiqamətində nəzarət-profilaktiki tədbirlər davam etdirilir.
Ağdamın Xıdırlı və Kəngərli kəndlərinin sakinlərinə səyyar tibbi xidmət göstərilib
Qarabağ və Şərqi Zəngəzurdakı işəgötürənlərlə məşğulluq məsələləri müzakirə edilib
YAP Qaradağ rayon təşkilatında partiyaya yeni qəbul olunan üzvlərlə görüş keçirilib