Azərbaycanda “Attraksionların təhlükəsizliyi haqqında” texniki reqlament layihəsi ictimai müzakirəyə çıxarılıb.
“İki sahil” xəbər verir ki, bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi məlumat yayıb.
Qeyd olunub ki, ictimai müzakirə başa çatdıqdan sonra texniki reqlament layihəsinin təsdiq üçün Nazirlər Kabinetinə təqdim edilməsi nəzərdə tutulur.
Layihə Azərbaycan ərazisində attraksionların təhlükəsizliyinin təmin olunması, onlara dair məcburi tələblərin müəyyənləşdirilməsi və attraksionların istehlak bazarında sərbəst dövriyyəsinin təmin edilməsinə dair əsas tələbləri əhatə edir.
Gələcəkdə attraksionların təhlükəsizliyinə dair digər texniki reqlamentlər qəbul olunduğu halda, ölkə ərazisində fəaliyyət göstərən attraksionlar həmin bütün normativ sənədlərin tələblərinə uyğunlaşdırılmalıdır.
Ağdamın Xıdırlı və Kəngərli kəndlərinin sakinlərinə səyyar tibbi xidmət göstərilib
Qarabağ və Şərqi Zəngəzurdakı işəgötürənlərlə məşğulluq məsələləri müzakirə edilib
YAP Qaradağ rayon təşkilatında partiyaya yeni qəbul olunan üzvlərlə görüş keçirilib