Elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti 18–22 may 2025-ci il tarixlərində Böyük Britaniyanın London şəhərində keçirilən 21-ci Dünya Təhsil Forumunda iştirak edir.
“İki sahil” xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 100-dən çox ölkənin elm və təhsil nazirləri, beynəlxalq təşkilatların nümayəndələri və ekspertlərin iştirakı ilə təşkil edilən forum “Stabillikdən inkişafa doğru: Daha güclü, daha cəsarətli, daha yaxşı təhsili birlikdə qururuq” şüarı altında həyata keçirilir.
Forum çərçivəsində qlobal miqyasda təhsilin qarşısında duran əsas çağırışlar, innovasiya və rəqəmsallaşma, müəllim hazırlığı və beynəlxalq əməkdaşlıq kimi məsələlər müzakirə olunacaq.
Ağdamın Xıdırlı və Kəngərli kəndlərinin sakinlərinə səyyar tibbi xidmət göstərilib
Qarabağ və Şərqi Zəngəzurdakı işəgötürənlərlə məşğulluq məsələləri müzakirə edilib
YAP Qaradağ rayon təşkilatında partiyaya yeni qəbul olunan üzvlərlə görüş keçirilib