16 may 2025 17:14
151

Ukrayna Rusiya ilə bu sahədə müqaviləni LƏĞV ETDİ

Ukrayna hökuməti Rusiya ilə gömrük sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında hökumətlərarası sazişə xitam verib. Sənəd 1993-cü il iyunun 24-də Kiyevdə imzalanıb.

“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, bu barədə Ukrayna Nazirlər Kabinetinin Ali Radadakı nümayəndəsi Taras Melnıçuk Telegram-da yazıb.

 “Ukrayna hökuməti ilə Rusiya Federasiyası hökuməti arasında gömrük məsələlərində əməkdaşlıq və qarşılıqlı yardım haqqında saziş qüvvəsini itirib”- deyə, o, qeyd edib.

Uzun müddətdir ki, sənəd iki ölkə arasında gömrük sahəsində qarşılıqlı əlaqələri tənzimləyirdi. Ukraynanın sazişdən çıxmaq qərarının səbəbləri məlum deyil.