Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı bildirib ki, İstanbulda Ukrayna ilə danışıqlarda Rusiya nümayəndə heyəti bütün lazımi təlimatlara malikdir.
“İki sahil” xəbər verir ki, bu barədə RT məlumat yayıb.
"Nümayəndə heyəti danışıqlar mövqeyi üçün artıq bütün lazımi təlimatlara malikdir" - deyə, Peskov qeyd edib.
Peskov qeyd edib ki, danışıqlarda iştirak edən nümayəndə heyətinə Türkiyəyə getməzdən əvvəl keçirilən görüşdə birbaşa Rusiya lideri Vladimir Putin təlimat verib.