16 may 2025 13:49
128

Lukaşenko Belarusun Rusiya ilə hərbi təlimlərə hazır olduğunu açıqlayıb

Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyanın müdafiə naziri Andrey Belousovla görüşündə kiməsə hücum etmək istəmədiyini və növbəti Belarus-Rusiya hərbi təlimləri keçirməyə hazır olduğunu bildirib.

“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, Lukaşenko hərbi təlimlərlə bağlı qərarın Rusiya prezidenti Vladimir Putinlə şəxsən razılaşdırıldığını qeyd edib.

"Biz təlimlərə hazırıq. Heç kimdən heç nə gizlətmirik. Biz həqiqətən açıqlığı nümayiş etdiririk ki, bu təlimlər bizimdir və müdafiə xarakteri daşıyır. Biz bəzilərinin düşündüyü kimi heç kimə hücum etmək fikrində deyilik"- deyə, o, qeyd edib.