16 may 2025 12:21
125

İstanbulda münaqişəyə son qoyacaq sənəd hazırlana bilər

İstanbulda Rusiya və Ukrayna arasında aparılan danışıqlar münaqişəyə son qoymaq üçün sənəd hazırlamaq şansı verir.

“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Kiyev rejiminin cinayətləri məsələləri üzrə xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik deyib.

Miroşnikin fikrincə, əvvəlcə sülhlə bağlı razılığa gəlmək və münaqişənin həlli mexanizmini tapmaq lazımdır. Diplomat qeyd edib ki, hər iki tərəfdən formalaşan qruplar buna kifayət qədər qadirdirlər. Onlar həm Rusiya, həm də Ukrayna üçün məqbul olan və beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilən model hazırlaya bilərlər.

Rodion Miroşnik həmçinin etiraf edib ki, Vladimir Zelenskinin səlahiyyət müddəti başa çatsa belə, İstanbuldakı danışıqların nəticələri legitim sayıla bilər.