Amerikanın Google korporasiyası Google TV ilə smart televizorlarda, Android Auto sistemində avtomobillərdə, WearOS sistemində saatlarda və Android XR qarışıq reallıq qulaqlıqlarında Gemini köməkçisinə çıxış imkanlarının genişləndirildiyini elan etdi. Xüsusiyyətlərin 2025-ci ilin sonuna qədər istifadəyə verilməsi gözlənilir.
“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, Google TV-də yaşa uyğun filmlər tövsiyə ediləcək, eləcə də chatbot uşaqların suallarını cavablandıra və maarifləndirici videolar təqdim edə biləcək.
Avtomobillərdə köməkçi dialoq aparmağı, həmçinin marşrut boyunca enerji doldurma məntəqəsini axtarmağı və alınan mesajları ümumiləşdirməyi öyrənəcək.
Wear OS-də Gemini kiçik ekranda yazmaq ehtiyacını aradan qaldıracaq - səsli əmr kifayət edəcək.