15 may 2025 10:58
102

Rubio: Tramp Ukraynadakı münaqişənin həlli üçün istənilən mexanizmə açıqdır

ABŞ prezidenti Donald Tramp Ukrayna münaqişəsinin nizamlanmasına gətirib çıxaracaq istənilən mexanizmdən istifadə etməyə hazırdır.

“İki sahil” RİA Novosti-yə istinadla xəbər verir ki,  bu sözləri ABŞ dövlət katibi Marko Rubio bildirib. 

"O, sülhə aparan istənilən mexanizmə açıqdır", - deyə, o, NATO xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü zamanı deyib.

Dövlət katibi vurğulayıb ki, Vaşinqton istənilən konstruktiv dialoqa, eləcə də bu silahlı münaqişəyə son qoymaq üçün ABŞ-ın faydalı olmasına hazırdır.

Donald Tramp mayın 14-də Qətərə səfəri zamanı yaxın üç gün ərzində Ukrayna ilə bağlı xoş xəbər gözlədiyini bildirib.