10 may 2025 15:49
133

Yeni Azərbaycan Partiyasının nümayəndələri Ulu Öndər Heydər Əliyevin xatirəsini yad ediblər - FOTO

Mayın 10-da müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar Yeni Azərbaycan Partiyasının nümayəndələri Fəxri xiyabanda Ulu Öndərin xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

“İki sahil” xəbər verir ki,  Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.