10 may 2025 14:41
82

Rusiyada spirtli içkilərin pərakəndə satışı azalıb

Bu ilin I rübündə Rusiyada spirtli içkilərin pərakəndə satışı 14,7 % azalaraq 47,877 milyon dekalitrə düşüb.

“İki sahil” xəbər verir ki, bu barədə “İzvestiya” qəzeti yazıb.

Nəşr bildirib ki, tələbatın azalmasına aksiz vergilərinin, minimum pərakəndə satış qiymətlərinin və xarici məhsullara rüsumların artırılması səbəb olub.

Azalma demək olar ki, bütün növ spirtli içkilərdə müşahidə edilib. Məsələn, tündlüyü 9 %-dən çox olan spirtli içkilərin satışı 4,4 % azalaraq 27,75 milyon dekalitr, az spirtli içkilərin satışı isə 89,3 % azalaraq 490,8 min dekalitr olub. Əvəzində köpüklü şərabların satışı 4,9 % artaraq 5,14 milyon dekalitr təşkil edib.